Türk Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib


Digərləri 27 İyn 2018 14:53:12 278 0

Türk Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib

Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib.

Bakı. Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Tohan Hazinadar Federasiyanın məqsədlərinə layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür edib. O da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü seçilib. Zöhrə Şərifi Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin