"Roza milyonların qarşısında məndən üzür istəməlidir, yoxsa ..."


Digərləri 27 İyn 2018 14:22:00 236 0

"Roza milyonların qarşısında məndən üzür istəməlidir, yoxsa ..."

"Maşın"şou zamanı Roza Zərgərlinin İlhamə Bədəlovanı bir xəstə əməkdaşı işdən çıxarması ilə bağlı səsləndirdiyi fikirlər qarşı tərəfin məhkəməyə müraciət etməsinə səbəb ola bilər.

“Sən xəstə işçini qovmusan” - "Maşın" şouda gərginlik

Son.az xəbər verir ki, bu gün "10-dan sonra" verilişində qonaq olan müğənni Roza Zərgərli bu iddiasına görə İlhamədən üzür istəmək fikirində olmadığını, səbəb kimi isə əlində haqlı olduğunu sübuta yetirəcək sübutların olmasını göstərib.

Canlı yayıma qoşulan aparıcı İlhamə Bədəlova məsələ ilə bağlı Rozanı məhkəməyə vermək fikrində olduğunu deyib. Aparıcı müğənnidən efirdə ondan üzr istəməyini tələb edib. Əks təqdirdə, o, işi məhkəməyə qədər daşıyacağını gizlətməyib.

Roza Zərgərli İlhamənin şərti ilə razılaşmayıb, efirdən kənar bir yerdə oturub, bu məsələni normal şəraitdə yoluna qoymaq təklifini edib.