Gömrükçülər vizit kartı qabında marixuana aşkarlayıb


Digərləri 27 İyn 2018 13:53:00 204 0

Gömrükçülər vizit kartı qabında marixuana aşkarlayıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının çantasına baxış keçirilib.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının çantasına baxış keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, baxış zamanı, çantadakı vizit kartı qabının içində bir ədəd bükümdə, xalis çəkisi 1,257 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zaman, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə bir-birinə sarınmış iki ədəd kiçik ölçülü bükümlərdə birgə xalis çəkisi 49,716 qram olan metamfetamin aşkar olunub.