Gəlin maşınından 8 kq heroin çıxdı FOTO


Digərləri 27 İyn 2018 13:40:00 261 0

Gəlin maşınından 8 kq heroin çıxdı  FOTO

2018-ci ilin 24 iyun tarixində 23:30 radələrində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

DSX-dan Son.az-a verilən məlumata görə, Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "Wolks­wagen" markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib. Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində do­lu kisə ilə qayıtması şübhə doğur­ub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyu­lan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cüm­lə­dən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləş­di­rilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məm­məd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib


Xəbərə aid fotolar