Barcelona-nın bu yay əsas transfer hədəfləri müəyyənləşib


İdman 27 İyn 2018 13:43:00 274 0

Barcelona-nın bu yay əsas transfer hədəfləri müəyyənləşib

Barcelona bu yay üçün əsas transfer hədəflərini müəyyənləşdirib. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, katalonlar hücum xəttini gücləndirmək üçün Qabriel Jezuşu heyətində görmək istəyir. Amma Manchester City-nin braziliyalı forvardı buraxmaq ehtimalı çox aşağıdır.

Barcelona-nın digər bəyəndiyi futbolçu PSV Eindhoven və Meksika millisinin üzvü İrvin Lozanodur. Lozano hər iki cinahda oynamaq bacarığına malikdir.

Mərkəz yarımmüdafiəçisi kimi Aleksandr Qolovin (CSKA) və Miralem Pyaniçin (Juventus) namizədliyi nəzərdən keçirilir. Dünya çempionatının 1/8 final mərhələsində baş tutacaq Rusiya - İspaniya matçında Qolovini izləmək üçün Barcelona skautları da iştirak edəcək.

Tyaqo Alkantara və Kristian Eriksenin transfer olunma ehtimalı isə yüksək qiymətləndirilmir.