"Hərbi parad xalqı bir daha əmin etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək" FOTO


Digərləri 27 İyn 2018 13:01:53 540 0

"Hərbi parad xalqı bir daha əmin etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək"  FOTO

Bu gün aprel şəhidi polkovnik-leynenant Raquf Orucova həsr olunmuş "Ruhun həsrəti" filminin təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən olan bu film Mətbuat Şurası və "Veysəloğlu" şirkətlər qrupunun birgə layihəsi nəticəsində ərsəyə gəlib.

Ə.Amaşov qeyd edib ki, indiyə qədər bu silsilədən Vətən uğrunda canlarını şəhid etmiş qəhrəmanlarımız haqqında 10-a yaxın film çəkilərək nümayiş etdirilib və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.

Şura sədri vurğulayıb ki, Mətbuat Şurası qəhrəman oğullarımızın təbliği istiqamətində fəaliyyətə üstünlük verir. O, şəhidlərimizin qanının yerdə qalmayacağını qeyd edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda nümayiş etdirilən müasir silah və hərbi texnikalar, dövlət başçısının çıxışı xalqı bir daha əmin etdi ki, sülh yolu ilə olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.

Daha sonra film nümayiş etdirilib.