Aydın Səfixanlı: Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirə bilər


Digərləri 27 İyn 2018 13:01:00 325 0

Aydın Səfixanlı: Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirə bilər

İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq şəkildə etiraf olunur.

Bakı. İlhamə İsabalayeva - İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq şəkildə etiraf olunur. Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. O qeyd edib ki, Azərbaycan Ordusu dövlətimizin gücünün, qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində görülən işlər bu gün ordumuzu dünyanın güclü orduları sırasına gətirib çıxarıb. Cənubi Qafqazda qüdrətli ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur".