Tüstü borusunda çadır qurdu VİDEO FOTO


Digərləri 27 İyn 2018 12:59:00 330 0

Tüstü borusunda çadır qurdu  VİDEO  FOTO

Sosial şəbəkələrdə "FreeSolo" kimi tanınan isveçli alpinist 52 metr hündürlüyündəki tüstü borusunun üzərində çadır qurub, orada gecələyib. Səhər saatlarında isə o, aşağı enib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, zavodun tüstü borusuna dırmaşan və 52 metr hündürlükdə çadır açıb quran 42 yaşlı alpinist ekstremal macərasının videosunu çəkib.

Karlskron şəhərində riskli tryuku gerçəkləşdirən alpinist videonu sosial şəbəkələrdə paylaşıb.

"200 il əvvəl tikilmiş tüstü borusunun yuxarısında gecələmək çox təhlükəli idi. Külək hər an çadırı apara bilərdi. Amma mənim üçün yeni macəra oldu", - alpinist söyləyib.


Xəbərə aid fotolar