İlk hərbi operator Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq imzalanıb


Digərləri 27 İyn 2018 12:45:00 346 0

İlk hərbi operator Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq imzalanıb

Mətbuat Şurası Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq imzalayıb.

Son.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın müasir jurnalistika tarixində məxsusi yerə və rola malik, Qarabağ müharibəsi veteranı olan ilk hərbi operatorumuz Seyidağa Mövsümlü dünyasını dəyişib. Mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı veririk.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmış S.Mövsümlünün jurnalistikamızda öz yolu var. Onun yaratdığı yol əslində bütöv bir tarixdir. 20 Yanvar faciəsinin, Qarabağ müharibəsinin, acılarımızın, məhrumiyyətlərimizin görüntülərdəki tarixi. Və qətiyyətlə demək olar ki, onun yaratdığı, lentə aldığı tarixi hələ tam yazılmayıb.