İsmayıllıda istirahət mərkəzinin sahibi cərimələnib


Digərləri 27 İyn 2018 12:40:02 288 0

İsmayıllıda istirahət mərkəzinin sahibi cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.