Azərbaycan beynəlxalq maliyyə institutundakı direktorunu dəyişib - EKSKLÜZİV


İqtisadiyyat 27 İyn 2018 12:00:20 309 0

Azərbaycan beynəlxalq maliyyə institutundakı direktorunu dəyişib - EKSKLÜZİV

Asiya İnfrastruktur İnvestisiya Bankına Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib

Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Toğrul Quliyevdir.

O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

T.Quliyev azərbaycanlı alternativ direktor Ruslan Rüstəmlinin yerinə təyinat alıb. Hazırda AIIB-də digəralternativ direktor isə Pakistan vətəndaşıMəhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın region üzrə direktoru isə Türkiyə vətəndaşı Mehmet Alper Baturdır.

T.Quliyev İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktor müavinidir. Həmin departamentin direktoru isə R.Rüstəmlidir. O, bu il mayın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yerinə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru təyin edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.