Azərbaycanın AIIB-dəki səsvermə hüququ 7%-ə qədər azalıb


İqtisadiyyat 27 İyn 2018 12:03:41 277 0

Azərbaycanın AIIB-dəki səsvermə hüququ 7%-ə qədər azalıb

Hazırda Azərbaycanın səsvermə hüququ 5 255 səs və yaxud 0,466% həddindədir

Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0116 faiz bəndi azalaraq 0,2647%-ə düşüb.

“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, Fici, Əfqanıstan, Honk-Konq (Çin), Malayziya, Timor-Leste, Samoa və Vanuatunun AIIB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, rəsmi Bakının AIIB-də səsvermə hüququ da 380 səs və yaxud 6,74% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 255 səs və yaxud 0,466% həddindədir ki, bu da 0,0555 faiz bəndi azalma deməkdir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Qeyd edək ki, Fici ötən ilin dekabrın 11-də, Əfqanıstan 2017-ci il oktyabrın 13-də, Honk-Konq (Çin) 2017-ci ilin iyunun 7-də, Malayziya ötən il martın 27-də, Timor-Leste 2017-ci il noyabrın 22-də, Samoa bu il aprelin 3-də, Vanuatu isə bu il martın 6-da üzvlüyü ratifikasiya edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfiən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.