Daha iki azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazanıb


Digərləri 27 İyn 2018 11:40:00 280 0

Daha iki azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazanıb

Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” adını almaq üçün keçirilən imtahanın nəticələri məlum olub.

Bakı. 2018-ci il 07 may tarixində Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” adını almaq üçün keçirilən imtahanın nəticələri məlum olub. Trend-in məlumatına görə, nəticələr İTTF-in (Beynəlxalq Stolüstü Tennis Federasiyası) səhifəsində açıqlanıb. İmtahana qatılan hakimlərimizdən ikisi Sultanova Sara və Qiyasova Xəyalə imtahandan uğurla keçərək, “Beynəlxalq dərəcəli hakim” adına layiq görülüblər.