Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb


Digərləri 27 İyn 2018 11:32:00 279 0

Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.

Onun sözlərinə görə, həmin təkanların 32-i hiss edilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.