Bakının gecə klubunda biabırçılıq


Digərləri 27 İyn 2018 10:38:00 294 0

Bakının gecə klubunda biabırçılıq

Səbail rayonunda yüngül həyat tərzi keçirən qadın döyülüb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəqani küçəsi 16-da yerləşən gecə klubunda baş verib. Nailə Əliyeva 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, sevgilisi Kamil Mahmudov onu başqa kişilərlə əyləndiyinə görə döyüb.

Şikayətçinin sözlərinə görə, o, hər gün axşamlar həmin kluba gələrək əylənir və pul müqabilində ayrı-ayrı kişilərlə görüşür. Amma daim yaşadığı kişi isə Kamil Mahmudovdur. Hadisə baş verən gündə Kamil onu qısqanıb və bütün klubda olan şəxslərin gözü qarşısında ona müxtəlif bədən xəsarətləri yetirib.