Şeydayev Trabzonspor-un məşqində


İdman 27 İyn 2018 10:22:00 300 0

Şeydayev Trabzonspor-un məşqində

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu Türkiyənin Trabzonspor klubuna qayıdıb.

Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu klubun 2018-2019 mövsümü üçün ilk məşqində iştirak edib. Mehmet Ali Yılmaz bazasında təşkil olunmuş məşq mətbuat üçün açıq olub.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında Qarabağ-da keçirib. Onun Avstriya Bundesliqasında çıxış edən Mattersburg-a keçəcəyi bildirilir.