Qırğız Respublikasında 11 nəfər Sibir xorasına yoluxub


Dünya 27 İyn 2018 09:29:04 285 0

Qırğız Respublikasında 11 nəfər Sibir xorasına yoluxub

Janı-Akman kəndinin sakinləri qara yara tutumuş heyvandan yoluxublar

Qırğız Respublikasında Sibir xorası (qara yara) xəstəliyi diaqnozu ilə 11 nəfər hospitala yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Janı-Akman kəndinin sakinləri qara yara tutumuş heyvandan yoluxublar.

Xəstələtin səhhətinin qənaətbəxş olduğu və onların uyğun müalicə aldıqları bildirilib.