12ci mərtəbədən yıxılaraq ölüb Bakıda


Digərləri 27 İyn 2018 08:57:00 272 0

12ci mərtəbədən yıxılaraq ölüb  Bakıda

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.