PAŞA Bank "Visa İnternational" tərəfindən sertifikatla mükafatlandırılıb


Digərləri 27 İyn 2018 08:31:00 247 0

PAŞA Bank "Visa İnternational" tərəfindən sertifikatla mükafatlandırılıb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank "Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə" "Visa International" beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Bakı. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank "Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə" "Visa International" beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib. Trend-in məlumatına görə, sertifikat "Visa International"ın Azərbaycan, Belarus və Moldova ölkələri üzrə rəhbəri İqor Kovalev tərəfindən təqdim edilib. 2012-ci ildən etibarən Bank bu beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. Xatırladaq ki, PAŞA Bank həmçinin 2017-ci ilin yekunlarına görə yerli bazarda "Nağdsız ödənişlər üzrə Lider Bank" adına da layiq görülüb. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilib. PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunub. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.