Eynşteynin nisbilik nəzəriyyəsi Günəş sisteminə yaxın bir qalaktikada...


Digərləri 27 İyn 2018 07:14:00 399 0

Eynşteynin nisbilik nəzəriyyəsi  Günəş sisteminə yaxın bir qalaktikada...

Almaniyalı məşhur elm adamı Albert Eynşteynin nisbilik nəzəriyyəsi Günəş sisteminin xaricindən başqa bir qalaktikada tapılıb.

Son.az xəbər verir ki, Portsmut Universiteti Kosmologiya və Qravitasiya İnsitutunun alimi Tomas Kolletin rəhbərlik etdiyi mütəxəssis komandası Yerdəki cazibə qüvvəsinin Günəş sisteminə yaxın bir qalaktikada Eynşteynin nisbilik nəzəriyyəsindəki kimi hərəkət etdiyini müşahidə edib.

Nəticələri "Science" (Elm) dərgisində yayımlanan araşdırma çərçivəsində "Hubble" və Avropa Cənub Rəsədxanası teleskopundan əldə edilən bilgilərdən istifadə edilib.

Müşahidəsinin aparıldığı ESO325-G004 qalaktikasının Yerdən 500 milyon işıq ili uzaqda olduğu, bu yaxın məsafənin qravitasiya qüvvəsinin ölçülməsini mümkün hala gətirdiyi bildirilib.