Günün qoroskopu: ünsiyyətdə ənənəvi çərçivələrdən kənara çıxmayın


Digərləri 27 İyn 2018 00:01:00 360 0

Günün qoroskopu: ünsiyyətdə ənənəvi çərçivələrdən kənara çıxmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Yaşam sizdən fərqli yanaşma, kreativlik tələb edir. Günün ilk yarısında başlayacağınız iş yaxşı gəlir verə bilər. İdeyalarınızı reallaşdırmağa başlayanda tələsməyin. Düşünülməmiş addımların fəsadları çox ağır ola bilər.

Günün ikinci yarısında işlərinizdə heç bir lüzum olmadan barrikadalar yaratmayın. Planlarınızı ciddiləşdirin. Əvvəlki yanlışlıq və səhvlərin fəsadlarını aradan qaldırarkən tələsin.

Praktikliklə yanaşı, keyfiyyətə fikir verin. İşinizdən mənəvi zövq almaqla yanaşı, gəlir əldə etməlisiniz. Yalnız özünüzü düşünməyin. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Buğa - Günün ilk yarısından etibarən fəal olun. Süst və ətalətli insan təsiri bağışlamayın. Məqsədə aparan yolda maneələrlə sədlərin sayı artacaq. Yeni problemlərin həllində var gücünüzlə çalışmaq məcburiyyətindəsiniz.

Mütəhərrik olun.

Günün ikinci yarısında işlərinizdə inadkar olun. Nailiyyətlər sizdən asılıdır. Səhhətinizin qayğısına qalın. Sağlam rasionu seçin.

Axşam saatlarında işgüzar aktivliyi pik həddinə çatdırmayın.

Şərait imkan verirsə, yeni layihənin startını ertələyin.

Əkizlər - Yeni məsələlərin və problemlərin həllinə başlamaq olar. İndiyədək həllini mümkünsüz saydığınız problemləri asanlıqla həll etmək olar. Oyun qaydalarına riayət edin, ənənəvi şərtlər çərçivələrindən kənara çıxmayın.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnin. Qeyri-adi layihəyə başlamaq, planları genişləndirmək olar. Fəaliyyətin seçilmiş variantına proses əsnasında dəyişikliklər etmək olar.

Axşam saatlarını ailə üzvlərinə həsr edin. Məişət qayğılarının çözülməsini ertələməyin.

Xərçəng - Qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Fəaliyyət sahəsindəki bəzi məqamları dəyişmək gərəkdir. İş yerindəki problemləri rəhbərliklə müzakirə etmək olar. Karyeranızı inkişaf etdirmək, mövqelərinizi möhkəmləndirmək üçün daha fəal çalışın.

Günün ikinci yarısında statusunuzu düşünün. Pulu kollektiv fəaliyyət vasitəsilə, birgə əməklə qazanmaq daha asandır. Yeni, nabələd olduğunuz marşrutda qısamüddətli işgüzar səfəri təxirə salın.

Axşam saatlarında evdən çox uzağa yollanmayın.

Şir - Günün ilk yarısından etibarən vaxtdan maksimal istifadə etməyə çalışın. Uzaq səfərlə bağlı təklif ala bilərsiniz. Sənədləşdirmədə, hesablarda, ünsiyyətdə diqqətli olun. Məhkəmə iddiasının formalaşmasına yol verməyin.

Günün ikinci yarısında fikrinizi bildirməkdən çəkinməyin. Dediklərinizin arqumentləri olmalıdır. Axşam saatlarında alış-verişdə bədxərclik etməyin.

Maliyyə durumunuzu realistcəsinə dəyərləndirin.

Rasionunuza fikir verin.

Qız - Hazırlıq işləri, taktika və strategiyanın yenilənməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayırsınızsa, enerjili olun. Biliklərinizdən, əlaqələrinizdən faydalanın. Ən ciddi, ağır problemlərdən birini həll edə biləcəksiniz.

Günün ikinci yarısında peşəkar bacarıqlarınızı artırın. Bir qədər istirahət edin, dincəlin. Fanatikcəsinə çalışmağın özündə zərər var. Mənasız qorxular və əsassız əndişələrə qapılaraq mövqelərinizdən geri çəkilməyin.