Argentina və Xorvatiya yığmaları Dünya Çempionatında “pley-off" mərhələsinə adladılar


Digərləri 26 İyn 2018 23:54:00 261 0

Argentina və Xorvatiya yığmaları Dünya Çempionatında “pley-off" mərhələsinə adladılar

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində “D” qrupunun son oyunları keçirilib.

Bakı. Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində “D” qrupunun son oyunları keçirilib. Trend-in məlumatına görə, “Rostov Arena” stadionunda Argentina və Nigeriya yığmaları qarşılaşıb. Oyun argentinalıların 2:1 hesablı qələbələri ilə başa çatıb. Argentina komandasının qollarını 14-cü dəqiqədə Lionel Messi, 86-cı dəqiqədə isə Markos Roxo vurub. Nigeriyanın oyunda yeganə qolunu isə penaltidən Viktor Moses vurub. Qrupun digər oyunu Sankt-Peterburq şəhərində İslandiya və Xorvatiya komandaları aralasında keçirilib. Bu oyunda da hesab 2:1 olub. Xorvatiya yığması qələbə qazanıb. Qollar: Milan Badel (53’), Gilfi Siqurdson (pen.-76’), İvan Perişiç (90’).