Təqva nədir? İnsanın ayılması necə olur?


Digərləri 26 İyn 2018 23:20:00 307 0

Təqva nədir? İnsanın ayılması necə olur?

Hər bir valideynin vəzifəsidir ki, övladına düzgün tərbiyə versin. Bu tərbiyənin ilk sırasında əqaid durmalıdır, sonra əxlaq. Çünki əqaid olmazsa, əxlaqın təkbaşına faydası olmaz.

Cavanlarınızla dostcasına söhbət edin, əmr tonu ilə deyil. Çünki əks təsir göstərəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər Əmirəl-möminin (ə) övladına yazdığı vəsiyyətə nəzər salsaq, görəririk ki, ilk növbədə təqvaya dəvət edir. Cavanın qəlbi və ruhu hər bir göstərişi qəbul etməyə hazır olar. Əgər bir ata da Əmirəl-möminin (ə) kimi öz həyat təcrübəsini oğluna təlim verərsə, oğlu daha çox halal və harama riayət edənlərdən olacaqdır.

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) buyurur ki, özünü başqalarına qazi olmaq üçün tərəzi qərar versin. O şeyi ki, özü üçün bəyənir - başqaları üçün də bəyənsin. O şeyi ki, özünə qıymır - başqalarına da qıymasın.

İmam Əli (ə) ölümü yada salmağı ayılmağın bir vasitəsi hesab edir.

Həyatın tez keçici olduğunu yada salır və uzun arzulardan çəkindirir. İnsanların haqqına riayət etməyi və din qardaşlarını sevməyi vəsiyyət edir.