Hollandiyada ictimai yerlərdə çarşab yasaqlandı


Dünya 26 İyn 2018 22:32:00 500 0

Hollandiyada ictimai yerlərdə çarşab yasaqlandı

Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.

Qanuna əsasən, "ictimai yer" termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur.