Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı


Digərləri 26 İyn 2018 22:10:00 275 0

Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı

Bütün varlığımızın mənbəyi olan Allahın biz bəndələrinin üzərində haqqı böyükdür. Çünki o, Xaliq, Məbud, Malik və Rəbbdir. Bizə qarşı valideynlərimizdən də mehribandır. Bizə maddi və mənəvi nemətlər inayət edir.

Bəs bu qədər haqqı boynumuzda olan Allaha, biz bəndələr nə etməliyik?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: "Allahın ən böyük haqqı odur ki, ona pərəstiş və bəndəlik edəsən, heç bir şeyi Ona şərik qoşmayasan".

Deməli, bu qədər nemət əta edən və bizi var edən Allaha qarşı haqqımız - bəndəlik və itaətdədir. Bəs Allah bəndəliyi dedikdə nə başa düşürük?

Yəni, Allahı sevindirən. Yəni, Allahın bəyəndiyi işləri yerinə yetirmək, əmrindən boyun qaçırmamaq və hər göstərişinə itaət etmək, Ona şərik qoşmamaq. Budur həqiqi bəndəlik. Əslində bəndə Allahın boynumuzda olan haqqına görə deyil, məhz Allah sevgisinizə görə bəndə olmalı və bu deyilənləri sevgi və məhəbbətlə, istəyərək, arzu edərək, bundan ləzzət alaraq yerinə yetirməlidir.

Çünki Allah Təala buna layiqdir, bizim Allahımız olmağa layiqdir.

Bundan başqa, Allah bəndəsinə gücü çatmayan əmri və ya təqdiri verməz.