Bakıda bağlarda başlayan yanğın söndürülüb


Digərləri 26 İyn 2018 21:54:00 294 0

Bakıda bağlarda başlayan yanğın söndürülüb

21:54

Son.az Trend-ə istinadən bildirir ki, Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın əraziyə dərhal cəlb olunan yanğısöndürən maşın və canlı qüvvə vasitəsilə söndürülüb.

****

21:38

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.


Xəbərə aid fotolar