İmam Əli zəlzələni belə sakitləşdirdi


Digərləri 26 İyn 2018 21:20:00 265 0

İmam Əli zəlzələni belə sakitləşdirdi

Yaşadığımız bu təbiət bəzən bizi qorxudur, sel, tufan və zəlzələ vasitəsilə bizə ziyanlar vurur, yaxınlarımızın canını alır. Bu dünyada baş verən hər bir hadisə Allahın icazəsi ilə olduğu üçün bu bəlalar ya imtahan vasitəsidir, ya da cəza.

Bəs Məsumların (ə) zamanında zəlzələlər olmuşdurmu?

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər tarixə nəzər salsaq, görərik ki, Həzrət Zəhranın (s.ə) və İmam Əlinin (ə) zamanında Mədinədə böyük bir zəlzələ baş verir. Bu, birinci xəlifənin zamanı idi. İnsanlar qorxu içində İmam Əliyə (ə) pənah gətirirlər. İmam (ə) uca bir yerə çıxır və orada əyləşir. Həzrət (ə) buyurur: "Sanki həlakət halındasınız". Sonra mübarək dodaqlarını tərpədir və əli ilə torpağa vurub buyurur: "Sənə nə olmuşdur? Sakitləş".

Bu zaman yer sakitləşdi və Həzrət (ə) "Zəlzələ" surəsini qiraət etdi.

Sonra üzünü insanlara tutub buyurdu: "Mən o insanam ki, yerə deyirəm sənə nə olmuşdur? Bu gün sözlərini de və xəbərlərini mənim üçün bəyan et!".

Bu yolla Mədinə xalqı zəlzələdən nicat tapırlar, çünki Allahın hüccəti onları bu bəladan xilas edir.