Qazaxda yerli sakinin əlində kükürd partlayıb


Digərləri 26 İyn 2018 21:00:00 393 0

Qazaxda yerli sakinin əlində kükürd partlayıb

Qazax rayonunda yerli sakinin yandırdığı kükürd əlində partlayıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

33 yaşlı kənd sakini Elçin Əsədov evindəki ilanları zərərsizləşdirmək üçün kükürdü yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə o, əl və qol nahiyəsindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.