Qarpız alarkən nələrə diqqət edilməlidir? VİDEO


Digərləri 26 İyn 2018 21:06:00 444 0

Qarpız alarkən nələrə diqqət edilməlidir?  VİDEO

Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır.

Son.az "Report"a istinadən bildirir ki, bununla bağlı Qida Təhülkəsizliyi Agentliyi xəbərdarlıq yayıb.

Qurumdan bildirilib ki, iyun ayının sonlarında qarpızın satışa çıxarılması normal haldır. Sadəcə olaraq qarpız seçimi edərkən onun ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Həmçinin qarpızın saplağının yaşıl olması da vacib amillərdən biridir. Bundan başqa, qarpızın üzərində sarı ləkələr də olmalıdır. Çünki yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.

Satıcılar isə qarpız seçimini ənənəvi üsullara edirlər.

Satıcılar deyirlər ki, hazırda satışda olan qarpızlar istixana şəraitində yetişdirilib. Açıq havada yetişmiş qarpız isə bir həftə - on gün ərzində bazarlara çıxarılacaq.


Xəbərə aid video