Uşaq mini batareya udarsa nə etməli?


Digərləri 26 İyn 2018 21:10:00 937 0

Uşaq mini batareya udarsa nə etməli?

Əgər körpə uşaq oyuncaqlarda olan mini tablet batareyalarda udsa, dərhal ona bir iki qaşıq bal yedizdirmək lazımdır. Bunu son araşdırmanın nəticəsi olaraq məsləhət görürlər.

Son.az medicina.az-a istinadən bildirir ki, Filadelfiya şəhər xəstəxanasının həkimi Yan Ceykobsun müəllifi olduğu elmi işdə dünyada geniş yayılmış bu hadisə ilə bağlı ilkin yardımın necə ola biləcəyi araşdırılıb.

Hər il ABŞ-da 2500-3000 uşaq mini batareya udur. Bu hadisə ilə bağlı ölüm faktlarının sayı da 12 dəfə artıb. Batareyaları udan uşaqda 2 saat sonra ciddi fəsadlar başlayır. Ona görə, batareyaların bu müddət ərzində çıxarılması vacibdir. Udulan tablet maqnit ağız və mədə şirəsi ilə reaksiyaya girərək, qida borusu, nəfəs borusu, iri qan damarlarını zədələyir.

Araşdırma diri donuzlar üzərində aparılıb. Donuzlara batareya uddurulub və sonra müxtəlif məhlullar - bal, şirə, su, idman içkiləri içizdirilib ki, hansının batareya ilə toxuma arasında normal baryer yaratdığını təyin etsinlər. Nəticədə məlum olub ki, belə bir baryeri ən yaxşı halda bal və sukralfat adlı dərman yaradır.