Təcavüz olunmuş qız uşağı ilə necə rəftar etməli?


Digərləri 26 İyn 2018 20:10:00 293 0

Təcavüz olunmuş qız uşağı ilə necə rəftar etməli?

Ailələr çox zaman qızlarını onu zorlayan şəxsə ərə verməklə çıxış yolu tapırlar. Hadisəni ört-basdır etmək üçün hadisə ilə bağlı polisə şikayət etmirlər, ailələr öz aralarında razılaşırlar və qızı həmin oğlana ərə verirlər.

Bəs zorlanan qızın psixologiyası?   Gələcək həyatı?   Bir ömür onunla məcburi cinsi əlaqəyə girmiş biri ilə eyni yatağı, həyatı bölüşmək məcburiyyəti hansı travmaları yaradır?

Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq İlkin Kazımlı hesab edir ki, aparılan araşdırmalara görə, uşaqlara qarşı göstərilən təcavüzlərin ən çoxu onların yaxınları, eləcə də uşağın avtoritar saydığı şəxslər tərəfindən göstərilir:

"Təcavüz hallarının çoxu uşağı cinsi əlaqəyə girmək, hansısa erotik hərəkətlər etmək üçün və s. kimi hallarla özünü göstərir və bu kimi hallar uşağı aldatmaqla, pul, hədiyyə təklif etməklə əldə edilir. Edilən bu təcavüzlər uşaqda sonradan əhval-ruhiyyə pozuntularına səbəb olur və cəmiyyətə qarşı olan düşüncələrində neqativ hallar baş verir. Cinsi təcavüz edən şəxs çox güman ki, uşaqlıq yaş dövründə özü bu hallarla qarşılaşıb və ya ruhi problemi olan biridir".

Mütəxəssis cinsi təcavüzə məruz qalan uşaqlarda özgüvən əksikliyi, dəyərsizlik düşüncəsi və cinsi vəziyyətə aid anormal düşüncələrin formalaşa biləcəyini bildirib:

"Təcavüzə uğrayan uşağın cəmiyyətlə əlaqəsi kəsilə və özünə qapanıb depressiv hal yaşaya bilər. Sonradan bunun qarşısı alınmazsa intihar halı da müşahidə oluna bilər".

Bəs uşağın cinsi təcavüzə uğradığını necə başa düşə bilərik?

Həkim öncədən bunu anlamağın çətin olduğunu, bunun üçün həkimin fiziki yoxlanışdan sonra rəy verə biləcəyini deyib. Psixoloq həmçinin təcavüzə uğrayan uşaqlarda baş verən dəyişikliklərdən də bəhs edib:

-Cinsi təcavüzə məruz qalan uşaq hər şeyə qeyri-adi bir maraq göstərir

-Hansısa bir iş görərkən qorxaq davranır, özgüvəni aşağı olur

-Uşağa ona kiminsə toxunduğu sualı verilsə, qəribə reaksiyalar verməyə başlayır (utanmaq, qızarmaq və s .kimi)