Azərbaycan Ordusu ən müasir silah və texnikalarla təchiz edilib VİDEO


Digərləri 26 İyn 2018 20:17:00 337 0

Azərbaycan Ordusu ən müasir silah və texnikalarla təchiz edilib  VİDEO

Ordumuzun sərəncamında ən müasir silah və texnikalar var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu zirehli texnika ən müasir hərbi vasitələrdir. Silahlı Qüvvələrin bu cür ən müasir texnikaya və silah-sursata yiyələnməsinin əsas məqsədi gələcək döyüşlərdə şəxsi heyətin itkilərini minimuma endirməkdir. Çünki həmin silahlar vasitəsilə heç bir təmas olmadan yüz kilometrlərlə məsafədən düşməni və onun starateji obyektlərini məhv etmək mümkündür. Hərbi ekspert bildirir ki, Ordumuzun malik olduğu hava hücumundan müdafiə sistemləri və minaaxtaran qurğular hətta inkişaf etmiş ölkələrin də parkına yeni daxil edilib. Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri 50 ən güclü ordu sırasındadır. Ermənistan isə siyahıda 86-cı yerdə qərarlaşıb.


Xəbərə aid video