Sərxoş erməni zabiti əsgəri öldürüb


Dünya 26 İyn 2018 19:24:00 506 0

Sərxoş erməni zabiti əsgəri öldürüb

Ermənistan ordusunun zabiti kapitan S.Karapetyan öz əsgərini güllələyib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, qətl günü Karapetyan sərxoş olub. Zabit səbəbsiz yerə havaya güllə atıb. İlk hadisə saat 18:00-da baş verib. Üç saat sonra yenə təkrarlanıb.

Zabit saat 22:50-də isə əsgər Darbinyanın əlindən avtomatını alaraq ora-bura atəş açmağa başlayıb. Nəticədə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan aldığı güllə yarasından ölüb.