İsrail və İran Erdoğanın qələbəsinə niyə sevinir?


Dünya 26 İyn 2018 19:08:00 316 0

İsrail və İran Erdoğanın qələbəsinə niyə sevinir?

Iran,Türkiyə və İsrail illər boyu regionda bir-biri ilə rəqabət aparır.

Türkiyə lideri Recep Tayyip Erdoğanla Yerusəlim (Qüds) və Tehran administrasiyaları arasında ədavət diplomatik böhranlara və regionda qeyri-sabitliyə səbəb olub.

Görəsən, Türkiyənin "yeni sultanı" adlandırılan Erdoğanın növbəti müddətə prezident seçilməsinə İranın və İsrailin münasibəti necədir?

Yerusəlimdə (Qüds) reaksiya

Türkiyə prezidenti Erdoğan 2018-ci il aprelin 1-də İsrailin baş naziri Benjamin Netanyahu-nu terrorçuluqda ittiham edib.

Yaxın keçmişdə Erdoğan Israili torpaq işğal edən terrorçu dövlət adlandırmışdı.

İsrael fələstinlilərlə rəftara görə kəskin pislənmişdi, İsrailin Ankaradakı səfirindən isə may ayında Qəzzada baş vermiş qanlı etirazlardan sonra Türkiyəni tərk etmək xahiş olundu.

Lakin regional təhlilçilərə əsasən, ikitərəfli münasibətlərdə mülayimləşmənin başlaması uzaqda deyil.

"Türkiyə həmişə İsrail üçün mühüm əhəmiyyət kəsb edib və əksinə....", - mərkəzçi mövge tutan Yediot Aharonot qəzetinin əməkdaşı Smadar Peri deyir.

Əslinə qalsa, ikitərəfli münasibətlər həmişəki kimi davam edib, beləki, son aylar ikitərəfli iqtisadi münasibətlər üçün təsirsiz keçib.

Türkiyədə İsrail məhsulları rəsmi boykota məruz qalmayıb, ticarət sazişləri isə ləğv olunmayıb.

Türkiyə prezidenti Erdoğan tez-tez Israili tənqid edir və Fələstin prezidenti Mahmud Abbası dəstəkləyir.

Bu radikal tədbirlər Türkiyə siyasətində müzakirələr mövzusu olub və Erdoğanın əsas rəqibi olan CHP namizədi Muharrem İnce tərəfindən dəstəklənib.

Digər bir partiya isə, kürdpərəst HDP hətta İsraillə bütün iqtisadi əlaqələri kəsməyə çağırıb - bu çağırışı CHP də dəstəkləyib.

Seçkidəki rəqiblərindən fərqli olaraq, Erdogan və onun AKP partiyası iqtisadi məsələlərdə nəzərəçarpan dərəcədə İsrailin əleyhinə daha az qərəz göstərib.

İsrailin Haaretz qəzeti Turkiyədəki seçkilər ərəfəsi qeyd etmişdi ki, "İsraillə Türkiyə arasında diplomatik böhran başlayandan bir neçə gün sonra AKP İsrail dövlətilə bütün əvvəlki sazişlərin ləğv edilməsini və iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə təsdiqlənməsinə yol vermədi".

Erdoğan və AKP İsrailə qarşı sərt ritorikadan istifadə edə bilərdlər, lakin İsrail bilir ki, bunun iki ölkə arasında iqtisadi əlaqələrə təsiri olmayacaq.

Bu arada, Qərb Sahilində Fələstin prezidenti Mahmud Abbas da Erdoğanı onun seçki qələbəsi ilə bağlı təbrik edib və Türkiyəyə yeni uğurlar, tərəqqi və sabitlik arzulayıb.