Polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək


Digərləri 26 İyn 2018 18:40:00 551 0

Polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş "Ruhun həsrəti" sənədli filminin təqdimatı keçiriləcək.

Mətbuat Şurasından Son.az-a verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.