Çörəyi zibilliyə atmaq olarmı? VİDEO FOTO


Digərləri 26 İyn 2018 18:45:00 335 1

Çörəyi zibilliyə atmaq olarmı?  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində çörəyi zibilliyə atanlar barədə süjet efirə gedib.

Son.az bildirir ki, son günlər sosial şəbəkələrdə paylaşılan bu fotolar bir çox məqamlardan xəbər verir. Bir zamanlar müqəddəs hesab etdiyimiz çörəklərə indi zibilliklərdə rast gəlirik. Mütəxəssislər deyir ki, son dövrlərdə orta hesabla hər bir zibil qutusuna gün ərzində təxminən 10-15 kiloqram çörək və un məmulatları, eləcə də onların qırıntıları atılır. Müqqədəs hesab etdiyimiz çörək, çox təəssüf ki, bəzi istehsalçılar, restoran, kafelər tərəfindən zibilliyə atılır. Bu isə ən başlıcası həddindən artıq israfçılıq deməkdir. Ekspertlər düşünür ki, bu cür mənzərinin yaranmasında marketlər səbəbkardır. Onlar çörək istehsalçılarından vitrinləri tam doldurmasını tələb edir. Nəticədə də təzyiq altında qalan istehsalçı çörəyinin tam satılmayacağını bilə-bilə vitrini çörəklə doldurur. Eyyub Hüseynov - AİB-nin sədri: "Çörəyin yararlılıq müddəti keçdikdən sonra geri qayıdır. Ətraf mühitə atılır, yaxud da heyvanlara verilir". Rasionumuzda çörəyə çox yer verən xalq olduğumuzdan istər-istəməz evdə də bir neçə gün əvvəldən alınan çörəklər qalır. Əhali də israfın qarşısını müxtəlif yollarla alır. Mövcud qanunvericiliyimizdə çörəyi zibilliyə atanlar cərimə oluna bilməz. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu işlərin qarşısını almaq üçün bələdiyyələr əhali ilə maarrifləndirmə işləri aparmalıdır. Süfrəmizdə çörəyin çox olması fəxr, az olması utanclıq hesab olunur. Bəlkə elə bu sindioromdan azad olaraq israfı azaltmaq olar.


Xəbərə aid foto