Milli komandalarımız yenə gerilədi


İdman 26 İyn 2018 18:50:00 325 0

Milli komandalarımız yenə gerilədi

FİBA basketbolun 3X3 növü üzrə reytinq cədvəlini açıqlayıb. Goal.az xəbər verir ki, Azərbaycan yığmaları siyahıda yenə geriləyiblər.

Belə ki, kişilərdən ibarət millimiz reytinqdə 3 rəqibini özündən irəli buraxmaqla, 42-ci yerə enib. Lakin komandamızın heyətində heç kim fərqləndirilməyib. Samit Nuruzadənin rəhbərlik etdiyi yığmada yenə hansısa basketbolçumuz “Top-250”yə düşə bilməyib.

Qadın basketbolçulardan ibarət yığmamız da mövqeyini itirib. Avropa çempionatının seçmə mərhələsində qrupda qalan komandamız 18 pillə geriləyib və hazırda 69-cudu. Komandamızın üzvlərindən Dina Ulyanova isə daha 174 rəqibindən geriyə düşüb – 244-cü yer. Həmçinin son siyahıda 190-cı olan Tatyana Deniskina “250-liy”i tərk edib.