Cəlilabadda yük avtomobili yandı


Digərləri 26 İyn 2018 18:33:00 369 0

Cəlilabadda yük avtomobili yandı

Cəlilabad rayonunun İncilli kəndində "Qaz" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.