Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb


Digərləri 26 İyn 2018 17:33:46 273 0

Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı. Biləsuvarda bıçaqlanma hadisəsi olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevə bıçaqla xəsarət yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.