Azərbaycanın nazir müavini Ermənistana gedəcək


Siyasət 26 İyn 2018 17:04:00 292 0

Azərbaycanın nazir müavini Ermənistana gedəcək

27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Son.az bildirir ki, bunu Trend-ə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.