Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək


Siyasət 26 İyn 2018 16:32:06 276 0

Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək

QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək

İyunun 27-dəErmənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.