45 milyard dollarlıq Azərbaycan layihəsi üçün “İtalyan tələsi?”


Digərləri 26 İyn 2018 16:30:00 264 0

45 milyard dollarlıq Azərbaycan layihəsi üçün “İtalyan tələsi?”

Rusiyanın RTR telekanalının "Vesti Finace" proqramı Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizinin İtaliyada "tələyə düşdüyünü" bildirir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, proqramda əvvəlcə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz boru kəmərinin bu günlərdə baş vermiş açılış mərasimi haqda danışılır. Bu mərasimdə bir sıra Avropa ölkələrinin, o cümlədən Ukraynanın yüksək səviyyədə təmsil olunduğu xatırladılır. Mərasim iştirakçılarının sayı və müxtəlifliyi Avropanın Rusiya qazından asılılığı azaltmaq üçün alternativlər axtarmaq məcburiyyətində olması ilə izah edilir.

"Lakin İtaliyada yeni hökumət seçkiləri on ildir artıq həll edilmiş sayılan strategi energetika kartında dəyişikliyə səbəb oldu. Cənub Qaz Dəhlizi TANAP-la birləşdirilməli olan TAP kəməri vasitəsi ilə Azərbaycan qazını Avropaya nəql etməlidir. Ancaq İtaliyada koalision hökuməti formalaşdıran "Beş Ulduz Hərəkatı" və "Şimal Liqası" bu məsələdə müəyyən qeyri-müəyyənlik yaradıblar. Hökumətin ətraf mühit naziri Serjo Kosta TP layihəsini "mənasız" adlandırıb və bu layihəyə yenidən baxacaqlarını açıqlayıb. Bundan başqa qaz istehlakının azalması əlavə qaz kəməri çəkməyin əleyhinə olan daha bir arqumentdir. İtaliya qaza olan tələbatının 90 faizini Rusiyadan, Əlcəzairdən və Hollandiyadan təmin edir, digər imkanlar da var", - proqramda deyilir.