İspaniyada "erməni mafiyası"na qarşı genişmiqyaslı əməliyyat keçirilir


Dünya 26 İyn 2018 15:14:00 277 0

İspaniyada "erməni mafiyası"na qarşı genişmiqyaslı əməliyyat keçirilir

İspaniya polisi "erməni mafiyası" adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hüquq mühafizə orqanının "Twitter" səhifəsində bildirilib.

"Polis tərəfindən erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəli olduğu üçün əməliyyat keçirilib ", - deyə Kataloniya polisi bildirib.