Portuqaliyanın oyununu izləmək üçün 7 min km qət etdilər


İdman 26 İyn 2018 14:51:00 311 0

Portuqaliyanın oyununu izləmək üçün 7 min km qət etdilər

Rusiyada keçirilən dünya çempionatına rəng qatan ən böyük amil azarkeşlərdir. Mundiala müxtəlif vasitəsilərlə gələn fanatlar hər zaman olub. Goal.az xəbər verir ki, bu dəfə Portuqaliya millisinin bir neçə trəfdarı diqqət mərkəzinə düşüb. Onlar sevimli komandalarının İranla oyununu izləmək üçün Saranska gəliblər. Portuqaliyadan mikroavtobusla yola çıxan fanatlar Saranska çatana qədər 7 min km məsafə qət etməli olublar.

Portuqaliya qrup mərhələsinin son turunda İranla heç-heçə (1:1) edərək, növbəti mərhələyə vəsiqə qazanıb.