AGF yeni mövsümə start verir


İdman 26 İyn 2018 14:32:00 239 0

AGF yeni mövsümə start verir

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verəcəyi tarixi açıqlayıb. Goal.az xəbər verir ki, beynəlxalq yarışlara da ev sahibliyi edən Milli Gimnastika Arenasında bu dəfə kişi və qadın İdman Gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçiriləcək. İki gün davam edəcək turnirdə, ümumilikdə, 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.