DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb


Digərləri 26 İyn 2018 14:39:00 281 0

DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb

Bu istiqamətdə tədbirər davam etdirilir.

Bakı. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.