İspaniya Rusiya ilə oyunu fərqli keçirməyi düşünür


İdman 26 İyn 2018 14:13:00 284 0

İspaniya Rusiya ilə oyunu fərqli keçirməyi düşünür

İspaniya milli komandası dünya çempionatının 1/8 finalında qarşılaşacağı Rusiya ilə oyunda uğursuzluğa son qoymağa çalışacaq. Goal.az xəbər verir ki, İspaniya dünya və Avropa çempionatları tarixində heç vaxt ev sahibi olan komandanı məğlub edə bilməyib. Onlar hər iki turnirdə ev sahibi ölkələr ilə 8 dəfə üz-üzə gəlib və hamısında uğursuzluğa düçar olub. Komanda son olaraq 2004-ci ildə Avropa çempionatının qrup mərhələsində Portuqaliyaya 0:1 hesabı ilə uduzub. İspaniya yığması DÇ-2018-in 1/8 finalında ev sahibi Rusiya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 1-i Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.