Səhrada miqrant fəlakəti 13 min insan


Dünya 26 İyn 2018 12:30:00 238 0

Səhrada miqrant fəlakəti  13 min insan

Əlcəzairin hakimiyyət dairələri son 14 ayda 13 mindən artıq insanı Saxara səhrasına yollayaraq onları qumlar arasında ac, susuz qoyub, ölümə məhkum edib.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, 2017-ci ilin oktybarından başlayaraq Əlcəzairə yollanmış miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır. Ölkənin hakimiyyət dairələri Avropa Birliyinin Şimali Afrika ölkələrinə təzyiqləri artıraraq Avropaya miqrant axınının qarşısını almağa çağırmasından sonra belə qərar verib.

Mali, Qambiya, Qvineya, Kot-d-İvuar, Nigeriya və Afrikanın digər ölkələrindən olan miqrantlar Aralıq dənizini keçərək Avropa Birliyinə can atırlar.

Miqrantların bəziləri qan içində olan ölkələrindən qaçır, bəziləri isə daha yaxşı yaşam şərtləri arayırlar.

Əlcəzairə sığınan miqrantların dediklərinə görə, onları yük maşınlarına doldurur, sonra Əlcəzair sərhədinə doğru saatlarla aparırlar. Burada miqrantları qumların arasına buraxan əlcəzairli hərbçilər və polislər onlara "Baxın, ölkəniz o tərəfdədir!" deyərək gedirlər. Sonra isə miqrantları silahla təhdid edərək "ölkələrinə doğru" piyada getməyə vadar edirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata görə, miqrantlar əksər hallarda ən yaxın içməli su mənbəyindən onlarla kilometr aralıda buraxılırlar.

Avropa Birliyinin yetkililərinin dediklərinə görə, onlar Əlcəzairdə baş verənlərdən xəbərdardır.

"Lakin unutmayaq ki, müstəqil ölkələr beynəlxalq hüquq çərçivəsində davranaraq qanunsuz miqrantları deportasiya edə bilərlər", - AB nümayəndəsi deyib.

Əlcəzair polisi və hərbçilərinin yük maşınları ilə daşıdıqları miqrantların bəziləri Saxara qumlarının arasında aclıqdan və susuzluqdan həlak olurlar.

BMT mütəxəssisləri bu zavallıların köməyinə çata bilmirlər.


Xəbərə aid video