Yaponiyada naməlum şəxs məktəb yaxınlığında atəş açıb, 3 nəfər ağır yaralanıb


Dünya 26 İyn 2018 11:53:22 296 0

Yaponiyada naməlum şəxs məktəb yaxınlığında atəş açıb, 3 nəfər ağır yaralanıb

Yaralıların vəziyyəti ağırdır

Yaponiyanın Toyama şəhərində naməlum şəxsin məktəb yaxınlığında açdığı atəş nəticəsində 3 nəfər ağır yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “NHK” televiziya şirkəti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 26-da Yaponiya paytaxtı Tokiodan 300 km şimal-qərbdə yerləşən Toyama şəhərində baş verib. Naməlum şəxs bıçaqla polis məntəqəsinə hücum edərək, asayiş keşikçisinin tapançasını ələ keçirib. Bundan sonra məktəb yaxınlığı ilə qaçaraq, açdığı atəş nəticəsində gözətçini və yoldan keçən iki nəfəri yaralayıb. Yaralıların vəziyyəti ağırdır. Atəş açan naməlum kişi saxlanılıb. Hadisənin səbəbi araşdırılır.