İlham Əliyev: "Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq"


İqtisadiyyat 26 İyn 2018 11:07:22 287 0

İlham Əliyev: "Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq"

"Bütün beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerdədir"

"Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ölkə olmayıb".

"Report" xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

“İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi potensialına görə özünü çox rahat hiss edir. Bütün beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerdədir, inkişaf etməkdə olan ölkələr arasında inkişaf dinamikasına görə 3-cüdür. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac yoxdur. Öz zəhmətimiz hesabına qazandığımız vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Onların arasında ordu quruculuğu 1-ci yerdədir”, - deyə o qeyd edib.